Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
AzVision.az verilən xəbərə görə, görüşdə ölkəmizin ev sahibliyi ilə keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti, belə tədbirlərin mədəniyyətlərarası dialoqun inkişafında rolu, Milli Məclisin AİPA ilə əməkdaşlığı, Azərbaycanda qadın hüquqlarının tarixi, müasir Azərbaycanın inkişafında qadınların rolu, ölkəmizdə qadınların ölkə həyatının bütün sahələrində iştirakı, gender bərabərliyinə dair qəbul olunmuş qanunlar və qarşıda dayanan məsələlər barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da danışılıb, qonaqları maraqlandıran suallara cavab verilib.
Görüşdə Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova və digər rəsmi şəxslər iştirak ediblər.
AzVision.az