AK-nin direktorunun ölkəmizdə görüşləri davam edir - FOTOLAR

AK-nin direktorunun ölkəmizdə görüşləri davam edir -    FOTOLAR
  03 May 2024    Oxunub:1235
Avropa Komissiyasının qonşuluq və genişləndirmə danışıqları üzrə baş direktoru Gert Yan Kupman rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, həmçinin ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə görüş keçirib.
AzVision.az xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"(Görüşdə - red.) yaşıl enerji, əlaqə, minatəmizləmə, COP29 və daha çox məsələ ilə bağlı müzakirələr apardıq. Güclü əməkdaşlıq Aİ-Azərbaycan prioritetlərinin həyata keçirilməsi üçün əsasdır", - direktor vurğulayıb.

O bildirib ki, həmçinin biznes mühiti üçün vacib sülh prosesi və insan haqları ətrafında da da fikir mübadiləsi aparılıb.


AzVision.az


Teqlər: Azərbaycan   Avropa-Komissiyası   görüş  





Xəbər lenti