Rusiya şəkər ixracını dayandırıb

   Rusiya şəkər ixracını dayandırıb
  03 May 2024    Oxunub:1197
Rusiya hökuməti daxili bazarın sabitliyini qorumaq məqsədilə şəkər ixracına müvəqqəti qadağa qoyub.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, məhdudiyyət 31 avqust 2024-cü il tarixinədək qüvvədə qalacaq.

Avrasiya İqtisadi İttifaqına mənsub ölkələrə (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan) isə şəkər ixracına müəyyən səviyyədə icazə veriləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   ixrac   şəkər   məhdudiyyət  





Xəbər lenti