Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?
  04 May 2024    Oxunub:1178
Təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsi maraqlı tərəflərin (assosiasiyalar, ittifaqlar, işəgötürənlər, işəgötürən birlikləri, dövlət orqan və qurumları, sahibkarlar, təhsili müəssisələrinin elmi-pedaqoji heyəti/ mühəndis-pedaqoji heyət və sair) təşəbbüsü əsasında həyata keçirilir.
Bu müddəa “Yeni təhsil proqramlarının (ixtisasların) açılması Qaydaları”nda əks olunub.

Qaydalara əsasən, maraqlı tərəflər təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsi barədə əsaslandırıcı təkliflərini təhsil müəssisəsinə təqdim edirlər.

Təkliflər təhsil müəssisəsinin Elmi Şurasında/Pedaqoji Şurasında müzakirəyə çıxarılır və Şuranın müsbət qərarı olduqda təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsi barədə nazirlik qarşısında vəsatət qaldırılır.

Təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsi barədə nazirliyə təqdim olunan vəsatət məktubuna aşağıdakı sənədlər əlavə edilir:

- təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsi barədə maraqlı tərəflərin təhsil müəssisəsinə rəsmi müraciəti (maraqlı tərəf təhsil müəssisələrinin elmi-pedaqoji/mühəndis-pedaqoji heyəti olduqda onların təhsil müəssisəsinin rəhbərliyinə ünvanlanmış yazılı müraciəti);

- təsnifatda mövcud olan müvafiq ixtisas üzrə təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adının dəyişdirilməsi barədə əsaslandırma (bu Qaydalara müvafiq olaraq);

- təhsil müəssisəsinin Elmi Şurasının/Pedaqoji Şurasının qərarı.

Nazirlik təhsil müəssisəsinin təqdim etdiyi sənədlər və məsələ ilə bağlı agentliklərin rəy və təklifləri əsasında təhsil müəssisəsinin vəsatətinin bu Qaydalara uyğunluğunu bir ay müddətində yoxlayır. Uyğun olmadığı hal aşkar edildikdə bu barədə təhsil müəssisəsinə səbəbi göstərilməklə məlumat verilir.

Nazirlik təhsil müəssisəsinin vəsatətini məqsədəuyğun hesab etdiyi halda, bununla bağlı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq müvafiq normativ hüquqi aktın layihəsini hazırlayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

Təhsil müəssisəsi bu Qaydaların müvafiq bəndində göstərilən məlumatı aldıqdan azı üç ay sonra məlumatda qeyd olunan səbəbləri aradan qaldırılmaqla nazirlik qarşısında təkrar vəsatət qaldıra bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti