Karyera günündə Azərbaycan Hotel Assosiasiyasına üzv olan Bakıda və regionlarda yerləşən 50 hotel 300-dən çox vakansiya və təcrübə proqramları ilə iştirak edib.
Tədbirdə qeyd olunub ki, əmək bazarında ixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlığı üçün turizm təhsilinin keyfiyyəti ilə yanaşı, müvafiq iş imkanlarının yaradılması və əlçatan olması mühümdür. Bu baxımdan bu cür karyera sərgisi və əmək yarmarkalarının keçirilməsinin işaxtaranlar və sənayenin birbaşa ünsiyyəti üçün vacib platformadır.
Karyera gününə ümumilikdə 20 universitet və peşə məktəbinin 1000 nəfərdən çox tələbə və məzunları qatılıblar.
Həmçinin tədbir çərçivəsində qonaqpərvərlik üzrə master-klaslar təşkil olunub, Azərbaycan Hotel Assosiasiyası və üzv olan hotellərin təmsilçiləri tərəfindən hotelçilik sahəsinin turizmdə yeri, COP29 çərçivəsində qonaqpərvərliyin ölkəmizin imici üçün vacibliyi, turizmdə insan resurslarının əhəmiyyəti kimi mövzularda təqdimatlar keçirilib.
AzVision.az