Festivalın əsas məqsədi təkcə Özbəkistanda deyil, dünyanın digər ölkələrində də diqqətlə qorunan keçmişin irsini tanıtmaq və təqdim etməkdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inzibatçısı Yusif Məmmədov, aşıqlar Əli Zeynəlabdinov, Əfsanə Kərimli və Əliyər Hüseynov da musiqi bayramına qatılıblar.
Azərbaycan sənətçiləri bir sıra xalq mahnınımızı, saz havalarını ifa ediblər.
Festival çərçivəsində milli geyimlər, musiqi alətləri, milli yeməklər, xalq sənəti nümunələri, təsviri və tətbiqi sənət əsərlərindən ibarət sərgilər təşkil olunub, güləş üzrə yarışlar keçirilib. Qonaqlar Boysun sənətkarlarının toxuduğu xalçalarla, hazırladıqları xalq çalğı alətləri-dumbra, çankovuz, sıbızqı və s. ilə tanış olublar. Festivalda sənətkarların əl işlərinin hazırlanma texnologiyasını öyrənmək məqsədilə usta dərsləri də təşkil olunub.
"Boysun Bahori" folklor festivalının sonunda Azərbaycan Mədəniyyət Mərkəzinə festivalın sertifikatı təqdim edilib.
Xatırladaq ki, ilk "Boysun Bahori" folklor festivalı 2002-ci ildə keçirilir. 2008-ci ildə isə UNESCO Baysun mədəniyyətini Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edib.
AzVision.az