XİN rəhbəri maltalı həmkarı ilə danışıb
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmizin məsələlərə yanaşması barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ATƏT və sədrlik ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Azərbaycan Malta ATƏT XİN telefon-danışığı