Paşinyan: "Vasitəçilərə görə Bakı ilə danışıqlardan imtina etmək olmaz"

      Paşinyan:    "Vasitəçilərə görə Bakı ilə danışıqlardan imtina etmək olmaz"
  07 May 2024    Oxunub:841
"Vasitəçilərin səmərəsizliyi Azərbaycanla danışıqlardan imtina etmək üçün əsas deyil". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
"Deyirsiniz ki, delmitasiyaya son qoyaq, bəs sonra..."
“Biz vasitəçiliyi avtomatik olaraq rədd etmirik. Ancaq elə vasitəçilər var ki, zaman keçdikcə öz təsirsizliyini və bizim üçün problem yaratdığını görürük. İrəvan heç də bütün vasitəçilərin fəaliyyətindən, davranışından, işindən razı deyil".

Baş nazirin sözlərinə görə, heç bir vasitəçi Ermənistanın maraqlarını İrəvandan çox təmin etməyə çalışmır.

“Lakin digər tərəfdən biz vasitəçilikdən imtina etmirik, çünki obyektiv, neytral və səmimi hesab etdiyimiz vasitəçilər var”.

Paşinyanın fikrincə, vasitəçilik danışıqları yaxşı getmirsə, bu o demək deyil ki, danışıqlardan ümumiyyətlə, imtina edilməlidir.

Həmçinin bax:
Paşinyan noyabra qədər sülh müqaviləsinin imzalanmasına razıdır

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti