Zaqatalada zəhərlənən 32 nəfər evə buraxılıb

   Zaqatalada zəhərlənən 32 nəfər evə buraxılıb
  08 May 2024    Oxunub:885
Zaqatalada zəhərlənmə şübhəsilə xəstəxanaya gətirilənlərdən 32-si evə buraxılıb.
Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub:

"Onlardan 15-i uşaqdır. Hər birinə zəruri tibbi xidmət göstərilib, 32 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur".

AzVision.az


Teqlər:





Xəbər lenti