Tədbirin əsas məqsədi gənclərə daim qayğı ilə yanaşan Ulu Öndərin xatirəsini yad etmək, gənclər üçün yaradılan imkanları diqqətdə saxlamaq, həmçinin ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrini bir araya toplayaraq onlar üçün stressdən kənar mühit formalaşdırmaq imkanı yaratmaq olub.
Festivalın açılışında ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək dövlət gənclər siyasəti, tələbələr üçün yaradılan imkanlardan danışıb. Həmçinin Ümummilli Liderin və onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu gənclər siyasətinin mahiyyəti haqqında məlumat verib.
Sonra Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadə Azərbaycanın dinamik inkişaf etməsinin məhz Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Festivalın gənclərin asudə zamanlarını dəyərləndirməsi üçün fürsət olduğunu bildirən O.Qəhrəmanzadə belə tədbirlərin davamlı olmasının vacibliyindən bəhs edib.
Festivalın rəsmi hissəsi yekunlaşdıqdan sonra bədii hissəyə başlanılıb. Tədbir müxtəlif rəqs və musiqi kompozisiyaları səsləndirilib.
Sonda tələbələr üçün müxtəlif viktorinalar və yarışlar keçirilib. Qalib gələn tələbələrə mükafatlar təqdim olunub.
AzVision.az