Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü

Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
  14 May 2024    Oxunub:770
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşü geniş tərkibdə davam edib.
AzVision.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan və Malta arasında əməkdaşlıq məsələlərini, bu il ATƏT-ə sədrliyin prioritetlərini, təşkilatın üzləşdiyi çətinlikləri, Azərbaycanla ATƏT arasında əməkdaşlığı, COP29-dan irəli gələn tərəfdaşlıq imkanlarını, həmçinin regionda postmünaqişə dövründə vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla geniş tərkibdə görüşü başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti