Biləsuvarda qəzada yol istismar idarəsinin əməkdaşı ölüb

 Biləsuvarda qəzada yol istismar idarəsinin əməkdaşı ölüb
  15 May 2024    Oxunub:1102
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun, Biləsuvar rayonunun Ağayrı kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı yük maşını Şahmar Mehtiyevin idarə etdiyi "Ford" markalı mikroavtobusa çırpılıb.

Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan "Ford" markalı mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb. Mikroavtobusda olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti