Fransada seçkilərin ilkin nəticələrindən sonra iğtişaşlar baş verib - VİDEO

Fransada seçkilərin ilkin nəticələrindən sonra iğtişaşlar baş verib    - VİDEO
  01 İyul 2024    Oxunub:762
Parisdə parlament seçkilərinin ilk nəticələrinin elan edilməsindən sonra başlayan nümayişdə “Qara blok” hərəkatının radikalları kafelərin vitrinlərini sındırmağa və zibil qutularını yandırmağa başlayıblar.
Bu barədə "SkyNyus" məlumat yayıb.

Hadisələr ötən gün axşam saat 20:00-dan sonra, parlament seçkilərinin ilk turunun nəticələri məlum olduqdan sonra paytaxtdakı Respublika Meydanında baş verib. Əraziyə polis əməkdaşları göndərilib. Onlar talan və iğtişaşlar törədən etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Fransa parlamentinə seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti