Putin və Ərdoğanın müzakirə edəcəyi məsələlər açıqlanıb

   Putin və Ərdoğanın müzakirə edəcəyi məsələlər açıqlanıb
  03 İyul 2024    Oxunub:1448
Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşü nəzərdə tutulan Türkiyə və Rusiya prezidentləri qarşılıqlı məsələlərlə yanaşı Ukrayna və Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, Putin sammit çərçivəsində Prezident İlham Əliyevlə də görüşəcək.

Sammit iyulun 3-4-də Astana şəhərindəki Müstəqillik Sarayında baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Türkiyə   prezident   görüş  





Xəbər lenti