Ruslar "İskəndər"lə MiQ-29 vurdular - VİDEO

Ruslar "İskəndər"lə MiQ-29 vurdular    - VİDEO
  04 İyul 2024    Oxunub:1113
Rusiya hərbi qüvvələri növbəti dəfə aerodroma hücum edib, MiQ-29 təyyarəsini vurublar.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, Dnepropetrovsk vilayətindəki Dolqintsevo aerodromunda saxlanılan Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə “İskəndər” raketi ilə məhv edilib.

Ruslar "İsgəndər" raketi ilə 5 qırıcı vurdular - VİDEO
“MiQ-29 döyüş təyyarəsindən başqa, aviasiya silahları və aviasiya mühəndisliyi xidməti maşınları vurulub”, - məlumatda qeyd edilib.

Rusiya Müdafiə Nazirliyi həmçinin Dolqintsevo aerodromunda aviasiya texnikalarının məhv edilməsini əks etdirən görüntüləri də yayıb.

Xatırladaq ki, hərbi müxbirlər Rusiya qoşunlarının Dolqintsevo aerodromuna zərbələr endirməsi barədə məlumatı iyulun 3-də yaymışdılar.

Bundan başqa, Rusiya Müdafiə Nazirliyi iyilun 2-də də “İskəndər”lə aerodroma zərbə endirilməsi barədə məlumat yaymışdı. Həmin əməliyyat zamanı Mirqorod aerodromunun vurulması nəticəsində beş Su-27 çoxməqsədli qırıcısı məhv edilib. Onlardan ikisi təmirdə imiş.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qırıcı   İskəndər   Rusiya  





Xəbər lenti