“Strateji dialoq”dan“strateji tərəfdaşlığ”a: Paşinyan Saakaşvilinin yolu ilə gedir? |
Bununla belə, Tehran Vaşinqtona etibar etmir. Sobhaninin fikrincə, “Böyük Şeytan” bölgəyə daxil olan zaman o, öz məqsədlərini güdür, xalqların sülh və təhlükəsizliyi üçün səy göstərmir.
Səfir onu da əlavə edib ki, Vaşinqton məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edir: "Onlar Cənubi Qafqazı başqa ölkə ilə hesablaşma platformasına çevirmək istəyirlər. “Böyük Şeytan”la bağlı təcrübəmizi nəzərə alsaq, onların iddialarına xeyli şübhə ilə yanaşırıq. Birləşmiş Ştatlar bölgədəki gərginliyə birbaşa təsir etmək üçün xeyli uzaqdadır. Burada hər hansı bir müharibə və ya gərginlik regionun bütün ölkələrinə təsir edəcək".
Tural Tağıyev
AzVision.az