Tusk: "Nəticə xoşbəxt olmağa kifayətdir"

      Tusk:    "Nəticə xoşbəxt olmağa kifayətdir"
  08 İyul 2024    Oxunub:986
Polşanın Baş naziri Donald Tusk Fransada keçirilən parlament seçkilərində solçu qanada malik Yeni Xalq Cəbhəsi koalisiyasının qələbə çalmasından məmnunluğunu diqqətə çatdırıb.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

"Nəticədə Parisdə ruh yüksəkliyinə, Moskvada məyusluğa, Kiyevdə rahatlaşmağa, Varşavada isə xoşbəxt olmağa kifayətdir", - o vurğulayıb.
Tusk: "İfrat sağçılar Avropanı ələ keçirirlər"

Donald Tusk Avropa ölkələrində artan ifrat sağçılıq meyilləri ilə bağlı mütəmadi şəkildə öz xəbərdarlığını bildirir. Ötən günlərdə də Fransadakı seçkilərin ilk turunda sağçı Milli Birlik Partiyasının üstün gəlməsindən narahatlığını dilə gətirmişdi. Belə ki, o, ifrat sağçıların Rusiyaya müttəfiq mövqedən yanaşdıqlarına, Ukraynadakı müharibədə məhz Rusiyanım qələbə qazanmasını gözlədiklərinə eyham vurmuşdu.

Fransa daxilində də liberal və mərkəzçi siyasətçilər ifrat sağçı qrupun hakimiyyəti ələ almasının yolverilməzliyini vurğulayırlar. Seçkilərin ilk turuduzmuş deputatlığa namizəd, Prezident Emmanuel Makronun müttəfiqi Kleman Bon "X" hesabında:

"İfrat sağçıların hakimiyyətə gəlməsi təkcə Makron və onun tərəfkeşləri üçün yox, bütün Fransa xalqı üçün faciə doğuracaq. Gəlin bu yola dönməyək. Qayıtmaq bizə baha başa gələcək", - yazmışdı.

Hazırda "təhlükənin sovuşması" fonunda Fransada Baş nazir Qabriel Attalın istefası və bu posta qalib Yeni Xalq Cəbhəsindən namizəd irəli sürülməsi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Polşa   Fransa   seçkilər   sağçılar   solçular  





Xəbər lenti