"Fransanın yeni Baş naziri bu həftə müəyyənləşəcək"

 "Fransanın yeni Baş naziri bu həftə müəyyənləşəcək"
  08 İyul 2024    Oxunub:1156
(Fransa Sosialist Partiyasının birinci katibi Olivye For)

Fransa solçu qanada mənsub Yeni Xalq Cəbhəsi koalisiyasının parlament seçkilərində qələbə çalması nəticəsində ölkənin Baş nazirinin dəyişəcəyi gözlənilir
AzVision.az xəbər verir ki, bu barədə Fransa Sosialist Partiyasının birinci katibi Olivye For "France Info" xəbər agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, koalisiya Fransada Baş nazir postuna öz namizədini bu həftə irəli sürəcək.

"Üsyankar Fransa" Partiyasının koordinatoru, deputat Manuel Bompar da "France 2" telekanalında efirə gedən "Télématin" verilişində:

("Üsyankar Fransa" Partiyasının koordinatoru, deputat Manuel Bompar)

"Emmanuel Makron Yeni Xalq Cəbhəsindən bir namizədi Baş nazir vəzifəsinə dəvət etməlidir", - vurğulayıb.

Xatırladaq ki, Fransada seçkilərdə 25.81% səs toplayan və parlamentdə 182 mandat qazanan solçu Yeni Xalq Cəbhəsi qalib gəlib. Makronçu "Respublika naminə Birlikdə" koalisiyası isə cəmi 163 mandat ala bilib.
Fransua Olland deputat seçilib - VİDEO

Fransanın keçmiş prezidenti Fransua Olland (2012-2017) da Yeni Xalq Cəbhəsindən deputat seçilib.

Seçkidə qalib gəlməsi gözlənən ifrat sağçı Milli Birlik Partiyası isə "yarış"ı üçüncülüklə başa vurub və parlamentdə 143 deputatla iştirak hüququ qazanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fransa   seçkilər   Baş-nazir  





Xəbər lenti