"Kirantslılar delimitasiyadan razıdırlar" - Erməni deputat

"Kirantslılar delimitasiyadan razıdırlar"    - Erməni deputat
  08 İyul 2024    Oxunub:1136
Ermənistanın hakim partiyası "Mülki Müqavilə"dən olan deputat Narek Zeynalyan Kirants kəndində sərhədin delimitasiyası prosesindən razı qaldığını deyib.
AzVision.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

Zeynalyanın sözlərinə görə, bir neçə deputat delimitasiya, eləcə də ərazidə aparılan mühəndis işləri ilə şəxsən tanış olmaq qərarına gəldikləri üçün Kirantsa gediblər.

“Nəhəng miqyasda və keyfiyyətli işlər aparılır. Məncə, bu işlər son 20-25 ildə görülməli idi. Əgər görülsəydi bizdə indi yaranmış çətin vəziyyət olmazdı”, - Zeynalyan bildirib. O, delimitasiya ilə bağlı gördüklərindən sonra qürur duyduğunu gizlətməyib. Erməni deputat kirantslıların delimitasiya prosesindən razı qaldıqlarını da qeyd edib.

Xatırladaq ki, "Mülki müqavilə"nin deputatları, o cümlədən Zeynalyan bu yaxınlarda Kirantsdan fotolar yaymışdılar. Amma kənd sakinləri mediaya açıqlamalarında deputatların onlarla görüşmədiyini deyiblər.
Tural Tağıyev
AzVision.az




Teqlər:





Xəbər lenti