Britaniya və Kanada XİN başçıları arasında görüş keçirilib

Britaniya və Kanada XİN başçıları arasında görüş keçirilib
  08 İyul 2024    Oxunub:1304
Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi ilə Kanadanın xarici işlər naziri Melani Coli arasında Londonda görüş keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Devid Lemmi özünün “X” sosial şəbəkəsində yazıb. O, Böyük Britaniya və Kanada arasındakı əlaqələri yüksək qiymətləndirib, Londonda ilk qonağı kimi Melani Colini qarşılamağın çox xoş olduğunu deyib

“Mən əsas problemlər üzərində birgə işləməyi səbirsizliklə gözləyirəm. Əsas müttəfiqlərlə yenidən əlaqə yaratmaqla biz daxildə və xaricdə təhlükəsizlik və rifahı təmin edəcəyik”,- deyə Devid Lemmi paylaşımında qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti