Ərdoğan ABŞ-yə gedir

   Ərdoğan ABŞ-yə gedir
  09 İyul 2024    Oxunub:1054
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün ABŞ-yə gedir.
Sammitin ilk günündə 75 illik yubiley proqramı keçiriləcək. Bu proqramda prezident Ərdoğan da iştirak edəcək.

Türkiyə lideri çərşənbə günü 32 üzvlü alyansın dövlət və hökumət başçılarının toplantısına qatılacaq. Prezident sammit çərçivəsində bir çox ikitərəfli görüşlər də keçirəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti