Orban Ərdoğandan “sülh planı”na dəstək istədi

Orban Ərdoğandan “sülh planı”na dəstək istədi
  10 İyul 2024    Oxunub:943
Çərşənbə günü, iyulun 10-da Macarıstanın baş naziri Viktor Orban "sülhməramlı missiya” çərçivəsində Vaşinqtonda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.
AzVision.az xəbər verir ki, o, bu barədə X-də yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, görüşün ən mühüm mövzusu Rusiyanın Ukraynaya qarşı müharibəsi olub, onun sözlərinə görə, müharibə "yeni – həmişəkindən daha qəddar mərhələyə” daxil olub.
Orban deyib ki, o, Ərdoğandan "sülhə nail olmaq üçün səylərini" dəstəkləməsini istəyib.

"Müharibənin tərəflərinin mövqeləri hələ də bir-birindən çox uzaqdır, lakin sülh tərəfdarları səylərə qoşulsalar, birlikdə sülhə doğru növbəti addımı ata bilərik", - o deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti