NATO sammitində kibertəhdidlərə qarşı yeni mərkəzin yaradılması qərara alınıb

NATO sammitində kibertəhdidlərə qarşı yeni mərkəzin yaradılması qərara alınıb
  11 İyul 2024    Oxunub:1030
NATO sammitində kibertəhdidlərə qarşı yeni mərkəzin yaradılması qərara alınıb
AzVision.az xəbər verir ki, qərar Alyansın Vaşinqtonda keçirilmiş sammitində qəbul olunub.

Şimali Atlantika Alyansının üzv dövlətlərinin liderləri kibertəhdidlərdən müdafiə üçün yeni mərkəzin yaradılması barədə razılığa gəliblər.

“Mərkəz NATO-nun hərbi komandanlığını kiberməkanda mövcud olan mümkün təhdid və zəifliklər, o cümlədən hərbi fəaliyyətin dəstəklənməsi üçün zəruri olan şəxsi mülkiyyətə aid kritik infrastrukturun mülki obyektləri barədə məlumatlandıracaq”, - deyə NATO-ya üzv ölkələrin birgə bəyanatında deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti