Argentinada inflyasiya 80%-ə yaxınlaşır

Argentinada inflyasiya 80%-ə yaxınlaşır
  13 İyul 2024    Oxunub:1005
İyunun sonunda Argentinada illik inflyasiya 4,6% sürətlənərək 79,8%-ə çatıb.
AzVision.az "Qaynarinfo" ya istinadən xəbər verir ki, bu barədə Argentina Statistika və Siyahıyaalma İnstitutunun məlumatlarında deyilir.

Ay ərzində ən çox kommunal xidmətlərin qiymətləri artıb - 14,3%. Bundan əlavə, mehmanxana və restoranlar (+6,3%), eləcə də təhsil (+5,7%) qiymətləri əhəmiyyətli dərəcədə artıb. Ərzaq məhsulları 3% bahalaşıb.

Argentinada inflyasiya templəri son aylarda tədricən aşağı düşməyə başlayıb. İstehlak qiymətlərində artımın pik nöqtəsi 2023-cü ilin dekabrında baş verib. Sonra ay ərzində inflyasiya 25,5% sürətlənib. Yanvarda qiymətlər 20,6%, fevralda 13,2%, martda 11%, apreldə 8,8%, mayda 4,2% artıb.

Cənubi Amerika ölkəsi bir neçə ildir ki, inflyasiyanın ən yüksək olduğu ölkələr sırasındadır. 2023-cü ilin yekunlarına əsasən, respublikada istehlak qiymətlərinin artımı 211,4 faizə çatıb. Bir il əvvəl inflyasiya 94,8% idi.

AzVision.az



Teqlər:





Xəbər lenti