Trampın keçmiş həkiminin qardaşı oğlu da yaralanıb

   Trampın keçmiş həkiminin qardaşı oğlu da yaralanıb
  14 İyul 2024    Oxunub:1300
Keçmiş prezidentlər Barak Obama və Donald Trampın keçmiş həkimi, hazırda Nümayəndələr Palatasında Texası təmsil edən Ronni Cekson şənbə günü mitinqdə Trampa qarşı sui-qəsd cəhdində qardaşı oğlunun yaralandığını deyib.
“Qardaşım oğlu qohumları və dostları ilə birgə tədbirdə idi. Atəş səslərini eşidən hamı yerə uzanıb. Güllə onun boynunu sıyrıb, kəsik izi buraxıb. Qardaşım oğlunda qanaxma başlayıb”, - Cekson Fox News-a deyib.

Həkimin sözlərinə görə, qohumuna hadisə yerində ilkin tibbi yardım göstərilib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti