"Dost və müttəfiq ABŞ xalqının yanında olacağıq" - Ərdoğan

   "Dost və müttəfiq ABŞ xalqının yanında olacağıq" -    Ərdoğan
  14 İyul 2024    Oxunub:1565
"ABŞ prezidentliyə namizəd cənab Donald Trampa qarşı sui-qəsdi qətiyyətlə pisləyirəm".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsində yazıb.
Trampa qarşı sui-qəsd törədilib


"Cənab Trampa, onun ailəsinə və yaxınlarına ən səmimi arzularımı çatdırıram. İnanıram ki, ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun təhqiqatı ən effektiv şəkildə aparılacaq, onu törədənlər və təhrik edənlər ən qısa zamanda ədalət qarşısında cavab verəcəklər.

Türkiyə olaraq dost və müttəfiq ABŞ xalqının yanında olacağıq".

Xatırladaq ki, ötən gün ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi, ölkənin keçmiş lideri Donald Trampa sui-qəsd olub. Ona sui-qəsd Penslivaniya ştatının Batler şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı törədilib. Bundan sonra qulağından yaralanan eks-prezident çıxışını dayandıraraq səhnəni tərk edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti