Husilər daha bir hücum həyata keçiriblər

Husilər daha bir hücum həyata keçiriblər
  15 İyul 2024    Oxunub:855
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" terror təşkilatı Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücumları davam etdirirlər.
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları Təşkilatı məlumat yayıb.

Hadisə Yəmənin Hüdeydə limanından 70 dəniz mili (130km) cənub-qərbdə qeydə alınıb.

Faktın araşdırıldığı bildirilir.
ABŞ-Britaniya qüvvələri Yəməni bombalayıb

Xatırladaq ki, ötən ilin noyabrından bəri husilər Qəzza zolağındakı müharibə fonunda fələstinliləriə dəstək məqsədilə Qırmızı dəniz, Ərəbistan dənizi, Ədən körfəzi və Bab-ül-məndəb boğazında gəmiləri hədəfə alırlar. ABŞ, Britaniya və Almaniya hücumlara cavabən yanvarda regiona dəniz və hava qüvvələri göndərib. Məhz ABŞ-Britaniya qüvvələri ötən günlərdə Hüdeydə Beynəlxalq Hava Limanına üç aviazərbə endirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qırmızı-dəniz   husilər   gəmi   hücum  





Xəbər lenti