İsrail qırıcıları terrorçuların Livanın Yarin, Eyta Əş-Şəb və digər kəndlərində yerləşən qərargahlarına aviazərbələr endirib.
Dağıntı və itki ilə bağlı təfərrüat açıqlanmayıb.
Koen: "Şimalda Livana qarşı yeni cəbhə açılmalıdır" |
Xatırladaq ki, ötən il oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsi ilə paralel şəkildə Livanla sərhəddə İsrail və iranyönümlü "Hizbullah" təşkilatı arasında da toqquşmalar meydana gəlir. İsrailin energetika naziri Eli Koen dünən ölkənin "Kol Barama" radiosuna açıqlamasında vurğulayıb ki, "terrorçuların hücumların cavabını təkcə "Hizbullah" yox, Livan dövləti də ödəməlidir".
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də ötən ayın əvvəlində ölkənin "Maariv" qəzetinə açıqlamasında bütövlükdə Livanın işğalına çağırmışdı.
Firudin Həmidli
AzVision.az