Bayden: "Həkimlər xəstəlik aşkarlasalar, prezidentlikdən imtina edəcəyəm"

    Bayden:    "Həkimlər xəstəlik aşkarlasalar, prezidentlikdən imtina edəcəyəm"
  17 İyul 2024    Oxunub:1023
ABŞ-nin hazırkı prezidenti Cozef Bayden seçkilərdə iştirakdan imtina edə bilər.
AzVision.az xəbər verir ki, o, bu barədə CBS News telekanalına müsahibəsində danışıb. Bayden deyib ki, əgər həkimlər onun sağlamlıq durumunun prezident kimi səlahiyyətlərini yerinə yetirməyə imkan verməyəcəyi barədə qərar versələr, o, tibb işçilərinə tabe olmağa hazırdır: "Məndə hər hansı bir xəstəlik aşkarlansa, həkimlər gəlib desə ki, sizdə belə bir problem var, o zaman hə deyəcəyəm".

Tramp rəsmən ABŞ prezidentliyinə namizəd oldu
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. İyunun sonunda Cozef Bayden və Donald Tramp arasında ilk debat baş tutub. The Wall Street Journal yazıb ki, amerikalıların hazırkı lideri debat zamanı uğursuz olub: "O, rəqibindən daha az enerjili göründü və "kəkələyirdi".

Qeyd edək ki, ABŞ prezidenti Cozef Baydenin artıq 81 yaşı var. Onun prezidentlik yarışında əsas rəqibi olan Donald Tramp isə 78 yaşını adlayıb. Bayden son zamanlar yaddaş və nitq problemlərindən ciddi əziyyət çəkir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Bayden   Tramp  





Xəbər lenti