Paşinyan Londona gedib

   Paşinyan Londona gedib
  17 İyul 2024    Oxunub:978
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi İcmasının sammitində iştirak üçün Britaniyanın paytaxtı Londona yollanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Sözügedən sammit 17-20 iyul tarixləri arasında baş tutacaq. Paşinyan sammit çərçivəsində bir sıra həmkarı ilə görüşlər keçirəcək.

Xatırladaq ki, ASİ-nin ötən il Kişinyovda keçirilən sammitində Nikol Paşinyan və İlham Əliyev görüşmüşdülər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Avropa   sammit  





Xəbər lenti