Nəsrullah: "Hücuma məruz qalmayan yerləri də hədəfə alacağıq" - VİDEO

      Nəsrullah:    "Hücuma məruz qalmayan yerləri də hədəfə alacağıq" -  VİDEO
  17 İyul 2024    Oxunub:1067
"İsrail Ordusu mülki əhaliyə zərbə endirməyə davam edərsə, bu ölkənin indiyəcən raket hücumlarına məruz qalmayan şəhərlərini də hədəfə alacağıq".
AzVision.az xəbər verir ki, bu sözləri Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının lideri Həsən Nəsrullah təşkilata bağlı "Al-Manar" telekanalında müraciət zamanı deyib.

"Tanklarınız Livanın cənubuna doğru hərəkətə keçərsə, artıq tank çatışmazlığından əziyyət çəkməyəcəksiniz, - çünki ümumiyyətlə tanklarınız qalmayacaq", - terror rəhbəri "Aşura" günü münasibətilə İsrailə xitabən müraciəti zamanı vurğulayıb.

O bildirib ki, "Qəzzada müharibə qurtarmadıqca "Hizbullah" da hücumlara davam edəcək". Eyni zamanda, "Livan cəbhəsində vəziyyətlə bağlı diplomatik həll ilə bağlı şayiələri" də yalanlayıb.
Koen: "Şimalda Livana qarşı yeni cəbhə açılmalıdır"

Xatırladaq ki, Livanla sərhəddə İsrail və iranyönümlü "Hizbullah" təşkilatı arasında toqquşmalar artmaqdadır. İsrailin bir sıra hökumət nümayəndəsi, o cümlədən energetika naziri Eli Koen və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu toqquşmaların "həlli" üçün Livanı bütövlükdə ələ keçirməyə çağırıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   Hizbullah   İsrail   toqquşma  





Xəbər lenti