İvanişvili: “Çin də, ABŞ da bizim tərəfdaşımızdır”

   İvanişvili:    “Çin də, ABŞ da bizim tərəfdaşımızdır”
  17 İyul 2024    Oxunub:979
Gürcüstan və Çin arasında əməkdaşlığın dərinləşməsi Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə əməkdaşlığa alternativ deyil
AzVision.az xəbər verir ki, Gürcüstanın hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partisyasının yaradıcısı və fəxri sədri, biznesmen Bidzina İvanişvili belə bəyanatla çıxış edib.

“Gürcüstan ardıcıl şəkildə inkişaf edir və onun strateji iqtisadi yükü artır. Gürcüstan tarixən Qərblə Şərqi, Avropa ilə Asiyanı birləşdirib. Biz “Orta Dəhliz” layihəsində Gürcüstanın rolunuт təminatı üçün mümkün olan hər şeyi edirik. Mən Gürcüstana xüsusi dəstək olan Çin hökumətinə təşəkkür etmək istəyirəm. Bu, “Gürcü Arzusu” komandasının və şəxsən mənim illərdir ki, yaratdığımız nəticədir”, - gürcüstanlı milyarder deyib.

Rusiya kəşfiyyatı: “ABŞ Gürcüstanda dövlət çevrilişi hazırlayır”
Son vaxtlar Vaşinqton və Brüssellə münasibətlərdə yaranmış gərginliyə dolayısı ilə toxunan biznesmen-siyasətçi Gürcüstan-Çin münasibətlərinin sıxlaşmasının Avropa İttifaqı və ABŞ-yə alternativ anlamına gəlmədiyini bildirib.

- Çinlə münasibətlərimizi dərinləşdirmək ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığa alternativ deyil. Əksinə, Gürcüstanın Çinlə yaxınlaşması Qərblə münasibətləri tamamlayacaq. Gürcüstanın birləşdirici ticari-iqtisadi funksiyasını inkişaf etdirməsi üçün hər iki tərəflə - Qərb və Şərqlə ticait-iqtisadi əlaqələr qurmaq lazımdır”, - Bidzina İvasnişvili vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İvanişvili   Çin   ABŞ  





Xəbər lenti