Menendes istefa verəcək

   Menendes istefa verəcək
  18 İyul 2024    Oxunub:1020
ABŞ-də məhkəmə tərəfindən korrupsiyada və xarici agent kimi Misir və Qətərin maraqlarını lobbiçilikdə təqsirli bilinən senator Robert Menendesin istefa verəcəyi gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı senatora yaxın mənbələrə istinadən məlumat yayıb.

Beləliklə, Konqresdə yüksək vəzifələr tutmuş demokrat senatorun 30 illik siyasi karyerası başa çatacaq.
Ermənipərəst senatorun günahı sübut olundu

Xatırladaq ki, iyulun 16-da ABŞ məhkəməsi Robert Menendesi 16 ittiham üzrə təqsirli bilib. O həmçinin ədalətli mühakiməyə maneə törətməkdə, hədə-qorxu ilə tələb etmədə, dələduzluqda günahkar sayılır. Hərçənd Menendes özü ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Onu 20 ilə qədər həbs gözləyir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   senator   məhkəmə   istefa  





Xəbər lenti