Cənubi Koreyada leysan yağışları nəticəsində məktəblərin fəaliyyəti dayandırılıb

Cənubi Koreyada leysan yağışları nəticəsində məktəblərin fəaliyyəti dayandırılıb
  18 İyul 2024    Oxunub:684
Cənubi Koreyanın paytaxtı Seulda yağan leysan yağışları su anbarlarında suyun səviyyəsini yüksələdərək daşqınlara səbəb olub.
AzVision.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, nəticədə nəqliyyatda fasilələr yaranıb.

Məktəblərin bağlanması və insanların müəyyən ərazilərdən təxliyəsi barədə qərar qəbul edilib. Məlumata görə, ümumilikdə 8 şəhər və əyalətdən 887 nəfər məcburi evakuasiya əmri alıb. Beynəlxalq hava limanında 25 reys təxirə salınıb.

Əlverişsiz hava şəraiti nəticəsində insan tələfatı barədə hələlik məlumat yoxdur, lakin yağışlar çoxsaylı qəzalara, ağacların aşmasına və evlərin su altında qalmasına səbəb olub.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: CənubiKoreya   leysan   təbiifəlakət  





Xəbər lenti