"Böyük Britaniya bacardıqca Kiyevi dəstəkləmək naminə parlamentdə yığışacaq. Rusiyanın təcavüzünə qarşı mübarizədə sizə və Ukrayna xalqına dəstəyimizi bir daha göstərmək, sizinlə birlikdə olmaq əzmimizə bir daha təsdiqləmək fürsətini vermək bizim üçün çox dəyərlidir. Odur ki dəvətimizi qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk", - Starmer vurğulayıb.
Zelenski də, öz növbəsində, Britaniyaya Ukrayna ilə həmrəyliyinə və dəstəyinə görə təşəkkürünü dilə gətirib.
"Bu gün istəyirəm ki, müharibədə bizə kömək üçün qəbul edə biləcəyimiz güclü qərarlarla bağlı sizinlə müzakirə aparaq", - o bildirib.
Zelenski Britaniya NK-də çıxış edəcək |
Ukrayna liderinin Starmerlə təkbətək görüşünün ardınca ölkənin Nazirlər Kabinetinin iclasında nitq söyləməsi, Rusiyanın neft ixracına qarşı sanksiyaların gücləndirilməsi mövzusunda çıxışı gözlənilir.
Firudin Həmidli
AzVision.az