Bayden niyə və hansı şəraitdə namizədliyini geri götürüb?

   Bayden niyə və hansı şəraitdə namizədliyini geri götürüb?
  22 İyul 2024    Oxunub:1140
Xəbər verdiyimiz kimi ABŞ prezidenti Cozef Bayden prezident seçkilərdən imtina etdiyini açıqladı. Dünya mediası bu qərarı şok effekti yaradan siyasi hadisə kimi təqdim edir.
Məsələn "Politico" yazıb ki, Bayden müvafiq qərarı bir gün əvvəl, iyulun 20-də verib.

Kennedi: "Trampı yalnız mən məğlub edə bilərəm"
"Bayden dəniz sahilindəki evində koronavirusdan müalicə olunan zaman prezidentlik uğrunda mübarizənin onun üçün bitdiyini anlamağa başlayıb", - nəşr yazıb

Bu proseslərlə yaxından tanış olan mənbələr bildiriblər ki, siyasətçi son günlər seçkidə qələbəyə aparan yolu müəyyən etmək üçün köməkçiləri ilə məsləhətləşib.

“Hazırki prezident bir neçə həftədir ki, meydanda Donald Trampı məğlub etmək üçün ən yaxşı namizəd kimi qalırdı. Hətta onun demokratlardan ibarət siyasətçilər və seçicilər arasında dəstəyinin azaldığına dair sübutların artmasına baxmayaraq o əsas namizdə idi”,- məqalədə qeyd edilib.

Bayden seçkilərdə qazanacağı qələbə ilə sübut etmək istəyirdi ki, onun fəaliyyətini dəyərləndirməyənlər yanılırlar. Lakin şənbə günü gecə o, yaxın köməkçilərinə nəhayət ki, mübarizəni tərk etməyə hazır olduğunu bildirib. Məlum müzakirələrdə onun müşavirləri Mayk Donilon və Stiv Riçetti, aparat rəhbərinin müavini Anni Tomasini və birinci xanım Cil Baydenin baş müşaviri Entoni Bernal iştirak ediblər: "O, ertəsi gün vitse-prezident Kamala Harrisə, seçki kampaniyanın sədri Ceff Zientsə və Cen Omalli Dillona zəng edərək öz qərarı barədə məlumat verib. Bayden Ağ Evdəki digər yüksək səviyyəli məsləhətçilərlə də telefon danışığı aparıb".

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Seçki  





Xəbər lenti