Hindistanda Nipah virusundan 14 yaşlı uşaq dünyasını dəyişib

Hindistanda Nipah virusundan 14 yaşlı uşaq dünyasını dəyişib
  22 İyul 2024    Oxunub:772
Hindistanın cənubundakı Kerala əyalətində 14 yaşlı uşaq Nipah virusundan ölüb.
AzVision.az xəbər verir ki, xəstəliyin yüksək risk qrupunda olan 60 nəfərdən ibarət əlavə siyahı müəyyən edilib.

Hindistanda ölümcül virus yayılır
Bölgədəki insanlardan ictimai yerlərdə maska taxmaq və xəstəxanalarda xəstələrə baş çəkməmək kimi ehtiyat tədbirlərinə əməl etmələri istənilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Nipah virusu donuz və meyvə yarasaları kimi heyvanlardan insanlara keçən “zoonoz xəstəlikdir”. Çirklənmiş qida və yoluxmuş şəxslə təmas yolu ilə də ötürülə bilər. ÜST bu virusu epidemiyaya səbəb ola biləcəyinə görə prioritet patogenlər sırasına daxil edib. Əyalət hökuməti Nipah epidemiyasının qarşısını almaq üçün fəaliyyət planı hazırladığını açıqlayıb.

Həm heyvanlarda, həm də insanlarda xəstəliyə səbəb olan Nipah virusu ilk dəfə Malayziyanın Nipah bölgəsində epidemiya ilə başlayıb.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:   Hindistan   Nipahvirusu  





Xəbər lenti