Pelosi Kamala Harrisi dəstəkləmədi

   Pelosi Kamala Harrisi dəstəkləmədi
  22 İyul 2024    Oxunub:1041
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi vitse-prezident Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləməyib.
RİA Novosti-nin məlumatına görə, bu barədə siyasətçinin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.

"Prezident Co Bayden vətənpərvər amerikalıdır və ölkəmizi həmişə birinci yerə qoyur... Allah Amerikaya onun böyüklüyü və yaxşılığı ilə xeyir-dua verib", - deyən Pelosi Harrislə bağl fikir bildirməyib.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti, demokrat Barak Obama da vitse-prezident Kəmalə Harrisin namizədliyini dəstəkləməkdən çəkinib.

Xatırladaq ki, Bayden iyulun 21-də ikinci müddətə namizəd olmayacağını açıqlayıb. O, vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrda keçiriləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti