ABŞ Məxfi Xidmətinin direktoru Trampa sui-qəsdlə bağlı ifadə verib
“Məxfi Xidmətin vacib missiyası xalqımızın liderlərini qorumaqdır. İyulun 13-də biz uğursuz olduq. Mən hər hansı bir təhlükəsizlik pozuntusuna görə tam məsuliyyəti öz üzərimə götürürəm. Biz araşdırmalarımızı davam etdiririk”, - deyə o, Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadəsində deyib.
Çitl bildirib ki, Trampa qarşı sui-qəsd Məxfi Xidmətin son onilliklər ərzində ən böyük uğursuz fəaliyyəti idi.
Qeyd edək ki, Donald Trampa qarşı sui-qəsddən sonra Demokratlar Partiyasının çoxsaylı üzvü Məxfi Xidmətin direktorunu istefa verməyə çağırıb.
AzVision.az
Teqlər: