Çinin xarici işlər naziri Van Yi HƏMAS-la yanaşı onun rəqibi Fələstin Milli Azadlıq Hərəkatı və digər 12 qrupun Pekinə səfərə gələn nümayəndələri ilə görüşüb. Nazirin sözlərinə görə, onlar müharibədən sonra Qəzzanın idarəsi üçün "müvəqqəti milli barışıq hökuməti" qurmaqla bağlı razılığa gəliblər.
"Bu gün "milli birlik müqaviləsi" imzaladıq. Müqavilə Qəzzadakı qruplar arasında ixtilaf və parçalanmanın qarşısını almaq məqsədi daşıyır. Bu yolu (müharibəni - red.) başa vurmağın yolu milli birlikdir", - HƏMAS terror təşkilatının Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuq görüşün ardınca mətbuata bildirib.
Maraqlıdır, bir müddət əvvəl ABŞ Dövlət katibinin kəşfiyyat və tədqiqat üzrə köməkçisi Bret Holmqren "The Washington Post" qəzetinə açıqlamasında bildirmişdi ki, "HƏMAS Qəzza zolağındakı müharibə vasitəsilə Yaxın Şərqdə və bütün dünyadakı terror təşkilatlarını şirnikləndirir". O, Almaniya və Hollandiyada bir qrup şəxsin yəhudilərin kütləvi yaşadıqları massivlərə hücumlar hazırlamasını diqqətə çatdıraraq:
Holmqren: "Qəzza müharibəsi terrorçular üçün münbit şəraitdir" |
"Bu təsir artıq Avropada da özünü göstərir", - vurğulamışdı.
Firudin Həmidli
AzVision.az