"Rubej" 4-cü əməliyyat briqadasının "Kara Nebesnaya" Pilotsuz Uçuş Aparatı (PUA) ekipajının komandiri Andrey Otçenaş qeyd edib ki, düşmən döyüş meydanına xeyli sayda ehtiyat qüvvələr toplayır. Cəbhəyə o cümlədən xarici muzdlular da göndərilir.
Rusiya ordusu 50 əcnəbi təlimatçını "İskəndər"lə vurdu - VİDEO |
Otçenaşın sözlərinə görə, muzdlular rus dilini başa düşmədikləri üçün döyüş meydanında necə hərəkət etmələrini bilmirlər və bölmələrdə normal ünsiyyət də qura bilmirlər.
"Hətta elə halar da olub ki, bəzi hindistanlılara sadəcə o əraziyə gedib səngərimizə gir deyiblər. Onlar isə əmri yaxşı anlamadıqları üçün bizim mövqelərimizə qədər gəlib çıxıblar. Çünki muzdlularla digər döyüşçülər bir-birlərini yaxşı başa düşmürlər. Əminəm ki, bu muzdlulara daha yaxşı şərait, daha təhlükəsiz yerdə xidmət aparmaq vəd edilib. Onları cəbhəyə sadəcə yem kimi ölümə göndərirlər. Muzdlular qəfl döyüşlər aparılan yerdə peyda olanda nə edəcəklərini qətiyyən bilmirlər. Ona görə də bu əcnəbilər sadəcə atəş altında hərəkətsiz otururlar. Ən yaxşı variant təbii ki, başqa millətlərin nümayəndələrinin bu qanlı rus imperialist rejimi uğrunda döyüşə getməməsidir", - hərbçi qeyd edib.
Tural Tağıyev
AzVision.az