ABŞ demokratlarının potensial vitse-prezidentləri
Nəşrin məlumatına görə, bu şəxslər demokratların “aparıcı sponsorlarının” dəstəyini alıblar və indi onların namizədlikləri keçmiş baş prokuror Erik Holder tərəfindən yoxlanılır. Onlardan əlavə, sponsorlar Kentukki və İllinoys ştatlarının qubernatorları Endryu Beşirin və Cey Robert Pritskerin də namizədliyini müzakirə ediblər.
Qeyd edək ki, Kamala Harris və Roy Kumer 2011-2017-ci illərdə müvafiq qaydada Kaliforniya və Şimali Karolinanın baş prokuroru olublar. Co Bayden namizədliyini geri götürməzdən əvvəl onlar son prezidentlik kampaniyasını Şimali Karolinada birlikdə keçirdilər.
Coş Şapironu isə Kamala Harris təxminən 20 ildir ki, tanıyır. Demokratların donorları 51 yaşlı Şapironu perspektivli namizəd sayırlar. Çünki o, tərəddüd göstərən Pensilvaniya ştatında Kamala Harrisin qalib gəlməsinə kömək edə bilər. Bununla belə, bəzi donorlar onun vitse-prezidentlik üçün təcrübə və biliyə malik olduğunu şübhə altına alırlar.
Yeri gəlmişkən, Mark Kelli başqa bir tərəddüd göstərən əyalətdə - Arizona ştatında məşhurdur. Üstəlik, namizədliyi irəli sürüləcəyi təqdirdə Kelli Senatı tərk edəcək ki, bu halda da demokratlar Konqresin yuxarı palatasında çoxluğu saxlamaq üçün zəruri olan yeri itirəcəklər.
Sahil İsgəndərov
Teqlər: ABŞ vitse-prezident