Britaniya öz vətəndaşlarını Livandan çıxmağa çağırıb - VİDEO

   Britaniya öz vətəndaşlarını Livandan çıxmağa çağırıb -  VİDEO
  30 İyul 2024    Oxunub:1683
Britaniyanın xarici işlər naziri Devid Lemmi Livanda yaşayan ölkə vətəndaşlarına müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, müraciət nazirliyin "X" hesabında yayımlanıb.

Nazir bildirib ki, Britaniya vətəndaşları Livandan qeyd-şərtsiz çıxmalı və oraya səyahətdən çəkinməlidirlər.
Yaxın Şərqdə ikinci cəbhə: Livan "Hizbullah"ın güdazına gedəcəkmi?

Xatırladaq ki, İsrail və Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı arasında sərhədboyu toqquşmalar bir neçə gündür ki daha da şiddətlənib. İsrail hökuməti bildirib ki. terrorçuların Colan təpələrinə böyük hücumuna cavabən genişmiqyaslı əməliyyat başladılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Britaniya   Livan   İsrail   münaqişə  





Xəbər lenti