Almaniya XİN: "Tərəfləri təmkinli davranmağa çağırırıq"

      Almaniya XİN:    "Tərəfləri təmkinli davranmağa çağırırıq"
  31 İyul 2024    Oxunub:1038
Almaniyanın Xarici İşlər Nazirliyi HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdə uğramasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsünün müavini Volfqanq Büxner mətbuata açıqlamasında danışıb.

"Yaxın Şərqdə bütün tərəflər soyuqqanlı davranmalı, eskalasiya riskini azaltmağa çalışmalı, qarşılıqlı cavab zərbələri ilə səhvə yol verməməlidirlər", - Büxner vurğulayıb.

O həmçinin HƏMAS liderinin sui-qəsdinin Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı danışıqlara xələl gətirməməsinin vacibliyini diqqətə çatdırıb.
HƏMAS-ın siyasi bürosunun rəhbəri Tehranda öldürüldü

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   HƏMAS   sui-qəsd   münasibət  





Xəbər lenti