Bayden bugünkü məhbus mübadiləsini şərh edib

Bayden bugünkü məhbus mübadiləsini şərh edib
  01 Avqust 2024    Oxunub:1134
ABŞ prezidenti aydınlaşdırıb ki, ümumilikdə Rusiyadan 16 nəfərin, o cümlədən amerikalılar Evan Qerşkoviç, Pol Uilan və Alsu Kurmaşevanın, həmçinin “ölkələrində siyasi məhbus olan 5 alman və 7 Rusiya vətəndaşının" azadlığa buraxılması ilə bağlı razılığa gəlmək mümkün olub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bayden şərhində bunları deyib :

"Mən Almaniya, Polşa, Sloveniya, Norveç və Türkiyə də daxil olmaqla, çətin danışıqlar yolu ilə bu nəticəyə nail olmaq üçün bizə dəstək olan müttəfiqlərimizə minnətdaram. Bu, dünyada dostlarınızın olmasının və onlara güvənməyin nə üçün həyati əhəmiyyət daşıdığının parlaq nümunəsidir".







AzVision.az



Teqlər:





Xəbər lenti