“Wizz Air” İsrail və İordaniyaya uçuşları dayandırıb

 “Wizz Air” İsrail və İordaniyaya uçuşları dayandırıb
  03 Avqust 2024    Oxunub:994
Macarıstanın “Wizz Air” aviaşirkəti Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar İsrail və İordaniyaya uçuşları avqustun 4-dək dayandırıb.
Bu barədə aviaşirkət “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Qeyd olunub ki, aviaşirkətin sərnişinləri biletləri qaytararkən kompensasiya ala biləcəklər. “Regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq avqustun 4-dək İsrail və İordaniyaya bütün uçuşlar dayandırılır” – deyə məlumatda bildirilib.

“Wizz Air” ilə yanaşı, KLM, ITA Airways və Air India kimi aviadaşıyıcılar daha əvvəl İsrailə uçuşları müvəqqəti dayandırdığını elan etmişdilər.


AzVision.az


Teqlər:





Xəbər lenti