ABŞ Rusiyanı hədələdi: Ya məhbusları verin, ya da ...

      ABŞ Rusiyanı hədələdi:    Ya məhbusları verin, ya da ...
  04 Avqust 2024    Oxunub:1032
ABŞ Amerika vətəndaşlarını qeyri-qanuni həbsdə saxladığı üçün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Biz amerikalılara dedik ki, Rusiyaya getməsinlər, biz Levinson qanunundan istifadə edərək sanksiyalar tətbiq etdik və bunu yenə də edəcəyik”, o, Fox News-a müsahibəsində deyib.

2013-cü ildə ABŞ Konqresi Robert Levinson Aktını təsdiqləyib. Bu, Amerika hakimiyyətinə həmvətənlərinin qanunsuz olaraq həbs edildiyi iddia edilən ölkələrə qarşı sanksiyalar tətbiq etməyə imkan verir.

Avqustun 1-də Ankara hava limanında aparılan mübadilə nəticəsində bir sıra NATO ölkələrində saxlanılan və həbsdə olan 8 Rusiya vətəndaşı, həmçinin azyaşlılar vətənlərinə qaytarılıb. Onlar bir qrup şəxslə dəyişdirilib.

Uğur Əlizadə
AzVision.az


Teqlər:





Xəbər lenti