Moldovada deputat arı sancmasından ölüb

Moldovada deputat arı sancmasından ölüb
  05 Avqust 2024    Oxunub:925
Moldova parlamentinin hakim Fəaliyyət və Həmrəylik (PAS) partiyasından olan deputatı Yuri Pasat arı sancması nəticəsində anafilaktik şokdan ölüb.
AzVision.az xəbər verir ki, bu barədə "Noi.md" xəbər portalı məlumat yayıb.

Siyasətçinin 52 yaşı olduğu qeyd olunub. Eyni zamanda o, Kənd Təsərrüfatı və Qida Sənayesi Komissiyasının sədr müavini vəzifəsində çalışırdı.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti