Bloomberg jurnalisti qadağaları pozduğu üçün qovub - "Washington Post"

 Bloomberg jurnalisti qadağaları pozduğu üçün qovub   - "Washington Post"
  06 Avqust 2024    Oxunub:1523
Bir neçə gün öncə Qərb ölkələri ilə Rusiya arasında baş tutan məhbus mübadiləsi bəzi tanınmış jurnalistləri işsiz qoyub.
Washington Post-un öz mənbələrinə istinadən yaydığı məlumata görə, Bloomberg nəşrinin ən azı bir müxbiri sərt şəkildə cəzalandırılıb. Buna səbəb jurnalistlərin casus mübadiləsi razılaşması ilə bağlı xəbərin yayılmasına qoyulan qadağanı pozmalarıdır.

Rüşvətxor Rasmussen və qərəzli BBC - Qərb dəyərlərinin üz qaraları - ŞƏRH
Qəzetin məlumatına görə, tarixi mübadilə ilə bağlı xəbərin əsas müəllifi, nəşrin Ağ Ev üzrə müxbiri Cennifer Yakobs olub. O, işdən çıxarılıb.

Maraqlıdır ki, Yakobs qalmaqallı məqalə üzərində redaktorları ilə birgə işlədiyini sübut edən bir bəyanat yayıb. O, həmçinin məqaləsi ilə qoyulan qadağaya qarşı və ya kimisə riskə atan heç bir səhvə yol vermədiyini söyləyib. Jurnalist onu da əlavə edib ki, məqalənin vaxtı və ya başlığı ilə bağlı yekun qərarı reportyorlar vermirlər.

Bloomberg-in baş redaktoru öz işçilərinə müraciətində yazıb ki, agentlik məqaləni vaxtından əvvəl dərc edib. Hansı ki, orada razılaşdırılmış mübadiləni təhlükə altına ala biləcək informasiya olub: "Məlum hadisə xoşbəxtlikdən, nəticə etibarı ilə heç bir əhəmiyyət kəsb etmədi. Lakin bu, redaksiya standartlarının açıq şəkildə pozulması idi".

Xatırladaq ki, Bloomberg nəşri mübadilə xəbərini keçən həftə dəyişdirilmə anını gözləyən amerikalılar hələ Rusiyada həbsdə olarkən digər saytlardan əvvəl yaymışdı. Vaxtından əvvəl mediada yayılan bu xəbər təhlükəli gediş kimi qiymətləndirildi. Çünki gizli mübadilə ilə bağlı informasiyaların KİV-ə sızması məhbusların azadlığa buraxılmasına xələl gətirə bilərdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Jurnalist   Məhbus   Mübadilə  





Xəbər lenti