Livan XİN: "Hizbullah"la danışıqlar aparırıq"

      Livan XİN:    "Hizbullah"la danışıqlar aparırıq"
  06 Avqust 2024    Oxunub:1085
"Livan hökuməti regionda genişmiqyaslı müharibənin qarşısını almaq məqsədilə "Hizbullah"ın İsrailə qarşı cavab əməliyyatının qarşısını almağa çalışır".
AzVision.az xəbər verir ki, bu sözləri Livanın xarici işlər naziri Abdullah Bu-Həbib misirli həmkarı ilə birgə mətbuat konfransında söyləyib.

"İsrail Beyruta zərbələr endirəndən bəri "Hizbullahla məsləhətləşmələr aparırıq ki, müharibəyə gətirib çıxarmayan cavab tapılsın", - nazir sözügedən zərbə nəticəsində qruplaşmanın yüksəkrütbəli komandiri Fuad Şükrün öldürülməsini nəzərdə tutaraq bildirib.
"Hizbullah" terrorçuları zərərsizləşdiriliblər - FOTO/VİDEO - YENİLƏNİB

Xatırladaq ki, adıçəkilən komandirin Beyrutda, habelə Fələstinin HƏMAS terror təşkilatının lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinin ardınca İsrail-Livan sərhədində toqquşmalar daha da şiddətlənib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   Hizbullah   İsrail   münaqişə  





Xəbər lenti